Memento (məni xatırla) | Federiko Qarsiya Lorka

Bir gün səni tərk etsəm,Federiko Qarsiya Lorka
Ölümə doğru getsəm,
Basdırın gitaramla,
Məni çay qumluğunda.

Bir gün səni tərk etsəm,
Ölümə doğru getsəm,
Gömün çiçək dibinə,
Portağal bağlarında.

Bir gün səni tərk etsəm, 
Ölümə doğru getsəm,
Yelqovana dönəcəm,
Evlərin damlarında.

Sükut olsun hər yerdə! 
Mən öləndə,
Mən öləndə...

Sükut
Dostum,
dinlə bu səssizliyi,
Dalğaların səsini,
Dağların nəfəsini,
Hopdurmuşdur özünə,
Sükut yerə əyilir,
Düz torpağın üzünə…

İzlər...
Cocuqlar baxırlar uzaqlara,
Uzaqlara baxırlar.

Şöləsini astaca,
qovur özündən şamlar,
Sual verirlər aya,
İki kor qızcığaz.

Ulduzlara daşıyır ,
xəbərçi rüzgar,
Simlərin titrəyən,
Qəmli nəğmələrini.

Dağlar baxır uzaqlara,
Baxır uzaqlara.

Tərcümə etdi: Günel Eminli 

 

0 şərh